Ruhanilər Paşinyana qarşı: Kim qalib gələcək?

Ruhanilər Paşinyana qarşı: Kim qalib gələcək?
26.12.2025 18:05 Təhlil

Ermənistan mətbuatının yazdığına görə, baş nazir Nikol Paşinyan hökumət iclasından sonra aparat rəhbəri Araik Arutyunyanla kilsə məsələsi ilə bağlı gərgin söhbət aparıb. “İravunk” qəzeti Paşinyanın kilsəyə qarşı kampaniyanın nəticəsiz qalmasından narazı olduğunu iddia edir. Qeyd olunur ki, məlumat Paşinyana müxalif mövqeyi ilə tanınan nəşrə aiddir.

Maraqlıdır, bu qalmaqal hakimiyyət–kilsə münasibətlərində hansı yeni mərhələnin başlandığını göstərə bilər?  


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki,  Paşinyan İkinci Qaregini vəzifədən kənarlaşdıra bilmir:

"Ermənistan baş naziri Nikol Paşinyan İkinci Qaregini hələ də vəzifəsindən kənarlaşdıra bilmir. Edilən təzyiqlər demək olar ki, nəticəsiz qalır. Hətta yepiskop və arxiyepiskopların etirazları da hər hansı müsbət nəticə verməyib. Təbii ki, Paşinyan komandasına tapşırıb ki, bu prosesləri idarə etsin, İkinci Qareginə qarşı kompromatlar toplansın və təzyiqlər nəticə versin. Buna görə ola bilər ki, aparat rəhbərini danlayıb".


Analitik qeyd edib ki, Paşinyan İkinci Qareginin gücünü zəiflətmək üçün təzyiq göstərir: 

"Seçkilərə az qaldığı üçün proses dalana dirənib və kilsəyə, xüsusilə İkinci Qareginin ətrafına ciddi təzyiqlər göstərilməlidir. Onun yanında olanlar neytrallaşdırılmalı və bu, hakimiyyətin müxtəlif qolları, xüsusilə aparat tərəfindən həyata keçirilməlidir. Bu vəziyyət Paşinyanı narazı salır, çünki Qaregin vəzifədə qaldıqca mövqeyi güclənir və dirənişini artırır".


Onun sözlərinə görə, Paşinyan öz  gücünü göstərməyi hədəfləyir:

"Hesab edirəm ki, Paşinyan konkret qərarlar qəbul edəcək və İkinci Qaregini vəzifəsindən azad edəcək. Çünki İkinci Apostol kilsəsində Qareginin fəaliyyəti və bu mübarizədə onun qələbəsi seçkilərdə Paşinyanın nüfuzuna zərbə vuraraq reytinqini zəiflədə bilər. İkinci Qaregini vəzifədən uzaqlaşdırmaqla Paşinyan həm xalqa öz gücünü nümayiş etdirmək, həm də Qaregini məğlub etdiyini göstərmək istəyir. Eyni zamanda, Qaregin barədə mənfi məlumatlar xalqa çatdırılır. Beləliklə, proses bu istiqamətdə davam edir və Paşinyanın istəyinə nail olacağı ehtimal olunur". 

Jalə Rövşən 

TodayPress TV

Jalə Rövşən

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər