Rubio-Uitkoff gərginliyi: Tramp kimi seçəcək?

Rubio-Uitkoff gərginliyi: Tramp kimi seçəcək?
23.12.2025 14:42 Təhlil

ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukrayna müharibəsi ilə bağlı yanaşmalarda ciddi fikir ayrılığı yaranıb. "NBC News" mənbələrinə görə, Rubio Rusiyaya qarşı hərbi-iqtisadi təzyiqlərin artırılmasını müdafiə edir, Uitkoff isə Ukraynanın güzəştlərə getməsini daha real yol sayır. Gərginlik Cenevrə danışıqları və Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı da özünü göstərib. Dövlət Departamentində Uitkoff rabitə təhlükəsizliyinə laqeyd münasibətinə görə tənqid olunur. ABŞ Prezidenti Donald Tramp administrasiyasında bu məsələ daxili narazılıq yaradıb.  

Bəs ABŞ administrasiyasında Ukrayna məsələsi üzrə daxili fikir ayrılıqları hansı mexanizmlərlə aradan qaldırıla bilər və vahid strategiya necə formalaşdırılmalıdır?

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki  Rubio təzyiqi, Uitkoff güzəşti müdafiə edir:


"Bəli, mətbuatda Ukrayna–Rusiya məsələsinə yanaşmada Stiv Uitkoff  və Marko Rubio  arasında fərqli mövqelərin olduğu barədə məlumatlar var. Rubio daha çox Ukraynanın mövqeyini müdafiə edən tərəf kimi çıxış edir. Eyni zamanda o, informasiya təhlükəsizliyinə, sızıntıların qarşısının alınmasına və proseslərin daha sərt, institusional çərçivədə idarə olunmasına çalışır. Uitkoff isə daha çox biznes dairələrini və kompromis yanaşmanı təmsil edən fiqur kimi təqdim olunur".

Analitikin sözlərinə görə, Tramp Dövlət Departamenti ilə paralel Uitkoff xətti qurub: 

"Bu, müəyyən mənada başadüşüləndir. Çünki ABŞ-də beynəlxalq münasibətlərə rəsmi olaraq cavabdeh qurum Dövlət Departamentidir və xarici siyasət məsələlərinin koordinasiyası Marko Rubionun səlahiyyət dairəsinə daxildir. Lakin Prezident Donald Tramp burada ikili model formalaşdırıb: bir tərəfdən rəsmi dövlət mexanizmi, digər tərəfdən isə şəxsi etimad göstərdiyi, yaxın münasibətdə olduğu Stiv Uitkoff. Tramp Uitkoffa təkcə Rusiya–Ukrayna xəttində deyil, həm də Yaxın Şərqdə – İsrail–HƏMAS məsələsində xüsusi rol verib".

Politoloq qeyd edib ki, bu vəziyyət Rubionun səlahiyyətlərinə müdaxilə kimi də qəbul oluna bilər və istisna deyil ki, Rubio bundan narazıdır. Üstəlik, son dövrlərdə Rusiya ilə bağlı Uitkoffun iştirak etdiyi danışıqlardan məlumat sızıntısının baş verməsi ciddi qalmaqala səbəb oldu. Bu baxımdan Rubionun daha haqlı və daha institusional mövqe tutduğu qənaəti formalaşır.

Ekspert hesab edir ki, Tramp hələlik Rubiodan çox Uitkoffa güvənir:

"Məsələnin optimal həlli yolu ondan ibarət ola bilər ki, Tramp xarici siyasətdə daha çox Dövlət Departamentinə güvənsin və proseslər əsasən Marko Rubionun rəhbərliyi altında aparılsın. Bu yanaşma həm daha konstruktiv olar, həm də dövlət idarəçiliyi baxımından daha uyğun görünür. Lakin mövcud mənzərəyə əsasən, Tramp hələlik Uitkoffla işləməkdə davam edir. Burada şəxsi etimad, qeyri-rəsmi münasibətlər və Trampın Uitkoffu “kompromis ustası” kimi qiymətləndirməsi mühüm rol oynayır".

Ə.Mustafa əlavə edib ki, Florida görüşlərindən  koordinasiya gücləndirilib:

"Məlumata görə, son görüşlərdə, xüsusilə Floridada keçirilən danışıqlarda tərəflər müəyyən razılaşmalara gəliblər və informasiya sızıntılarının qarşısının alınması ilə bağlı mexanizmlər gücləndirilib. Ukrayna tərəfinə də danışıqların detalları ilə bağlı mətbuata açıqlama verilməməsi tapşırılıb. Görünür, ABŞ dövlət aparatında artıq Dövlət Departamenti ilə Uitkoffun fəaliyyətinin koordinasiyası istiqamətində konkret addımlar atılır ki, qeyri-rəsmi yanlışlıqlar və ziddiyyətlər aradan qaldırılsın".

Onun sözlərinə görə, yekun qərarlar Trampın əlindədir:

"Digər tərəfdən, həm Rubio, həm də Uitkoff Tramp administrasiyasının üzvləridir və yekun qərarların verilməsi tam şəkildə Trampın nəzarətindədir. Prezident mövcud vəziyyəti idarə etməyə, bu fiqurların fəaliyyətini uzlaşdırmağa çalışır. Aydın görünür ki, Trampın burada çoxvariantlı siyasi gedişləri var: mümkündür ki, Rusiya ilə bağlı məsələlər Uitkoffun, Ukrayna ilə bağlı istiqamətlər isə Rubionun nəzarəti altında aparılsın".

"Bununla belə, ABŞ bir dövlət olaraq sonda vahid mövqe və strategiya ortaya qoymalıdır. Bu strategiyanın da yekun forması prezidentin qərarlarından asılı olacaq".

Politoloq sonda qeyd edib ki, xarici siyasət sonda Dövlət Departamentinə qayıda bilər: 

"Onu da qeyd etmək lazımdır ki, Marko Rubio artıq özünü yüksək səviyyəli və peşəkar siyasətçi kimi təsdiqləyib. ABŞ siyasi dairələrində geniş yayılmış yanaşmaya görə, ölkənin beynəlxalq münasibətləri şəxsi dostlar və ailə üzvləri vasitəsilə deyil, məhz müəyyən olunmuş dövlət institutları – ilk növbədə Dövlət Departamenti tərəfindən idarə edilməlidir. Böyük ehtimalla, bir mərhələdən sonra bu proseslər doğrudan da daha çox Dövlət Departamentinin nəzarəti altına keçə bilər. Hər halda, vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Bütün Xəbərlər