Paşinyan Bakıya gələ bilər - SENSASİON AÇIQLAMA

Paşinyan Bakıya gələ bilər - SENSASİON AÇIQLAMA
26.05.2025 12:45 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya gəlmə ehtimalı böyükdür, amma bu, sadə məsələ deyil”.

Politoloq Azər Qasımov bunu Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləməsini TodayPress TV-yə şərh edərkən bildirib. 

“Avropa Siyasi Birliyi adlı təşkilatın qurulması mahiyyət etibarilə Avropa İttifaqından (Aİ) kənarda qalan ölkələrin yeni dünya düzəni formalaşması və ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinə hərbi və iqtisadi təzyiqi fonunda bu ölkələrlə daha güclü birlik yaranması istəyi ilə bağlıdır. Əslində Aİ-nın digər ölkələrə, xüsusən də, Türkiyə və Azərbaycana ehtiyacının yaranması bu reallığı mümkün edir. Ermənistan isə Azərbaycan və Türkiyə ilə birlikdə olmaqdan şaddır. Ona görə sevinclidir”.

Ekspertə görə, Ermənistan Azərbaycanla bir təşkilatda olmağı özünə təhlükəsizlik çətiri hesab edir:

“Avropa İttifaqının da istəyi budur. Ona görə də tədbirin keçirilməsini Azərbaycan və Ermənistana həvalə edirlər. Paşinyanın Bakıya gəlmə ehtimalı böyükdür. Amma bu, elə də sadə məsələ deyil. İki ölkə arasında sülh müqaviləsi imzalanmayınca qarşılıqlı səfərlərin mümkün ola bilməyəcəyi qənaətindəyəm. Təşkilatçılığın Azərbaycan və Ermənistana verilməsi də bu səfərlərə hesablanıb. Təbii ki, Paşinyan heç nəyə baxmadan Bakıya gələrsə, bu, əslində, sülh üçün Azərbaycan üzərində öhdəlik kimi bir şey olar. Bundan sonra hər hansı bir gərginlik Ermənistan üçün Azərbaycanı günahlandırmaqda fürsət olar. Çünki Ermənistanın daha çox sülhpərvər imici yarana bilər. Hesab edirəm ki, Paşinyan bu imkanı qaçırmaz. Azərbaycan Prezidenti İlham Əliyevin isə Ermənistana getməsi indiki məqamda mümkün deyil”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib.

Bu barədə Nikol Paşinyan məlumat yayıb. Paşinyan eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb.

Siyasi ekspertlər deyirlər ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı ilə bağlı qəbul edilən qərarlar Nikol Paşinyanın Bakıya yolunu açıb. 

Qiymət Mahir

FOTOLAR

Paşinyan Bakıya gələ bilər - SENSASİON AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Bütün Xəbərlər