Millət vəkili: “Qafqazda müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”

Millət vəkili: “Qafqazda müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”
28.05.2025 16:55 Təhlil

“107 il öncə qurulmuş Cümhuriyyətimiz bütövlükdə İslam dünyasında siyasi hüquqlar başda olmaqla, bir sıra hüquq və azadlıqların təsbit olunması, modern məzmunda müstəqillik anlayışı, parlamentarizm ənənəsi kimi məsələlərin timsalında çoxsaylı ilklərə imza atıb”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən deyib. 

O diqqətə çatdırıb ki, 28 May tariximizin ən şanlı və ən önəmli səhifələrindən biridir. 

“Lakin sirr deyil ki, həm 1918-ci ildə, həm 1991-ci ildə istiqlaliyyətimiz daha çox tarixi-siyasi proseslərin gedişatı ilə bağlı olub. Yəni 1918-ci ildə Rusiya İmperiyasının dağılması, 1991-ci ildə isə SSRİ-nin süquta uğraması ilə digər dövlətlərlə yanaşı, əsassız gecikmə ilə olsa da, biz də müstəqilliyimizi qazanmışıq.  Bu mənada, müstəqilliyimizin 107-ci il dönümündə Azərbaycan tarixçiliyi qarşısında ən ciddi problem hələ də yanlış olaraq suverenlik yolunun meydanlardan keçməsi kimi eyforiyanın davam etməsidir. Ən azı yaxın dövrdə yaşananlar göstərir ki, müstəqilliyə gedən yol meydanlardan keçmir, inqilablar yalnız ölkələr üzərində əl dəyişikliyinə gətirib çıxarır. Ona görə də biz, ilk növbədə, Xalq Cümhuriyyətinin Məhəmməd Əmin Rəsulzadənin müstəqillik mücadiləsinin nəticəsi olması, yaxud meydan hərəkatının SSRİ-ni dağıtması kimi absurd düşüncələrdən uzaq durmalıyıq. Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir. Yəni müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır". 

Deputatın sözlərinə görə, Heydər Əliyevə qədər Azərbaycan özünün tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb. Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. 

“Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur. Sual yaranır, 2012-ci ildə rus hərbi bazasını, hazırda isə sülhməramlıları ölkədən çıxararkən 100 il öncəki, yaxud 90-cı illərin əvvəllərindəki davranışları niyə görmədik? Demək ki, problem Rusiya deyil, İrəvanı Ermənistana güzəştə gedən xəyanətkar təfəkkürlə, yaxud Xalq Cəbhəsi kimi cılız vizyonla yola çıxanda faciələr labüd olur. Demək ki, sözün əsl mənasında müstəqil davranmaq üçün ilk növbədə müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cumhuriyyətindən də, 1991-1993-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi. Amma, təəssüf ki, Əliyevlərə qədər ölkədə nəinki, bu təfəkkür hakim olmayıb, üstəlik hətta başqalarında da özümüzə ehtiram təlqin edə bilməmişdik”. 

Millət vəkilinin fikrincə, bütün bunların fonunda bizə aydın olmalıdır ki, Qafqaz regionunda müstəqilliyi qoruyub saxlamaq müstəqilliyi əldə etməkdən daha çətindir. Amma bu gün qürurla deyə bilərik ki, biz artıq öz müstəqilliyimizi qoruyacaq gücdəyik.   

Qeyd edək ki, 28 May Azərbaycanın Müstəqillik Günüdür. 

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 Bütün Xəbərlər