Kim Çen In qəzəbləndi: "Təhlükəsizliyimiz təhdid altındadır"

Kim Çen In qəzəbləndi: "Təhlükəsizliyimiz təhdid altındadır"
25.12.2025 15:23 Təhlil

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ABŞ ilə birlikdə nüvə enerjili sualtı qayıq tikmək planını kəskin tənqid edib. O, bu təşəbbüsü Koreya yarımadasında qeyri-sabitliyi artıran, Şimali Koreyanın təhlükəsizliyi və dəniz suverenliyi üçün ciddi təhdid adlandırıb. Açıqlama Kim Çen Inin Şimali Koreyanın strateji raketlərlə silahlanacaq nüvə sualtı qayığının tikinti sahəsinə baxışı zamanı səsləndirilib.


Sual yaranır, Şimali Koreya Cənubi Koreyaya hücum edə bilərmi ? Bəs Rusiya və Çin ona bu savaşda dəstək göstərə bilərmi ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Şimali Koreya bölgədə, xüsusilə Cənubi Koreya və Yaponiya üçün əsas nüvə təhdididir:


"Şimali Koreyanın nüvə dövləti olduğunu bilirik. Bu, region dövlətləri, xüsusən Cənubi Koreya və Yaponiya üçün ciddi təhdid mənbəyidir. Eyni zamanda, bəzi hallarda Rusiyanın və Çinin təsir mexanizmi də bölgə dövlətləri üçün rol oynayır. Yəni, Şimali Koreyanın nüvə və raket sınaqlarını bəzən Çin və Rusiya tərəfindən yaradılan təhdid kimi də dəyərləndirmək olar. Bütövlükdə, bölgə üçün hələlik ən ciddi təhdid mənbələrindən biri Şimali Koreyadır".

Analitik qeyd edib ki, Cənubi Koreya silahlanaraq müdafiəsini gücləndirir:

"Bu baxımdan, Cənubi Koreyanın atdığı addımlar müdafiə xarakterli və ya güc balansını tənzimləyən addımlar kimi qiymətləndirilə bilər. Cənubi Koreyanın nüvə enerjili sualtı qayıqlar tikməsi onun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və tamamilə haqlıdır. Əslində, dünyada hazırkı trend belədir ki, dövlətlər ciddi şəkildə silahlanırlar, çünki İkinci Dünya Müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturası zəifləyib və dövlətlər öz təhlükəsizliyini təmin etməyə məcburdur. Orta və kiçik dövlətlər üçün isə bu, xüsusilə vacibdir".

Onun sözlərinə görə, bu baxımdan, Şimali Koreyanın Cənubi Koreyaya iradları əsassızdır. Şimali Koreya silahlanırsa və nüvə proqramını dayandırmırsa, Cənubi Koreyanın da silahlanmamasını gözləməyə heç bir əsas yoxdur.

Ekspert qeyd edib ki, Şimali Koreyanın hücumu mümkündür:


"Şimali Koreyanın cənuba hücum ehtimalı isə mümkündür. Zaman-zaman şimal və cənub arasında gərginliklər yaşanır, amma indiyə qədər bu gərginliklər müharibəyə səbəb olacaq qədər ciddi deyil. Lakin yeni dünya düzənində hər şey mümkündür. Belə bir qarşıdurma baş verərsə, Rusiya və Çin Şimali Koreyanı, ABŞ və Yaponiya isə Cənubi Koreyanı dəstəkləyəcək. Hazırkı geopolitik vəziyyət və güc balansları bunu göstərir".

Ə.Mustafa sonda əlavə edib ki, Cənubi Koreyanın müasir silahlar, sualtı qayıqlar və raket sistemləri ilə silahlanması onun müdafiəsini gücləndirir və Şimali Koreyanın hücum ehtimalını azaldır. Bu, “müharibə istəmirsənsə, müharibəyə hazır ol” prinsipinə uyğun olaraq, həm müdafiə, həm də qorunma məqsədi daşıyır. Yeni dünya düzənində isə hər iki tərəfin silahlanaraq qarşıdurmaya hazırlaşması gözləniləndir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Bütün Xəbərlər