“İmza üçün okeanın o tayına ehtiyac yoxdur” – Qaluzinə CAVAB

“İmza üçün okeanın o tayına ehtiyac yoxdur” – Qaluzinə CAVAB
15.10.2025 14:31 Təhlil

“Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. 


Bəs Qaluzinin bu ifadəsi nəyə hesablanıb?

"Rusiya yeni mübarizəyə başlayıb"

Mövzunu şərh edən “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, Rusiya xarici işlər nazirinin müavininin bu açıqlaması Kremlin Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalaması uğrunda mübarizəyə başlamasından xəbər verir:


“Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qaluzinin “Aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur”.

"Mühüm işlər" artıq görülüb"

E.Şahinoğlu vurğulayıb ki, İrəvanla Bakı arasında Qaluzinin iddia etdiyi kimi xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur:


“Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Buna görə də Qaluzinin açıqlamasından fərqli olaraq, “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb. Həmçinin Azərbaycan və Ermənistan liderləri avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə sülh sazişinin mətnini paraflayıblar”.

"İmza üçün okeanın o tayına ehtiyac yoxdur"

Analitikin izahına görə, yekun sülh sazişinin Moskvada imzalanması ehtimalı azdır:


“Ukrayna müharibəsinə görə ABŞ ilə Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alsaq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Bütün Xəbərlər