Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"

Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"
15.09.2025 17:31 Təhlil

Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşü “nisbətən tezliklə” baş tuta bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “çox yüksək dərəcədə antipatiya” mövcuddur. Buna görə də Tramp istisna etməyib ki, bütün danışıqları şəxsən özü aparmalı olacaq.


Bəs tərəflər buna razı olacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tramp özünü “unikal vasitəçi” kimi təqdim edir. Hesab edir ki, şəxsi nüfuzu və “sövdələşmə qabiliyyəti” sayəsində Putin və Zelenskini danışıqlar masasına gətirə bilər.


Ekspertə görə, real siyasətdə bu, olduqca çətindir:

"Çünki tərəflər arasında yalnız şəxsi antipatiya deyil, həm də fundamental maraq ziddiyyətləri mövcuddur: Ukrayna öz ərazi bütövlüyünü tam bərpa etmək niyyətindədir, Rusiya isə Krımı və işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Zelenski dəfələrlə bəyan edib ki, Donbası Rusiyaya verməyəcək. Çünki bu, Ukrayna Konstitusiyasına ziddir və prezident hər şeydən öncə həmin Konstitusiyanın qarantıdır. Lakin böyük beynəlxalq təzyiq olarsa, Kiyev formal olaraq Trampın vasitəçiliyinə razılıq verə bilər.


Putin isə Donbasın nəzarətsiz qalan ərazilərinin ona təhvil verilməsini tələb edir. Həmçinin o, Zelenskinin dəyişdirilməsində daha çox maraqlıdır. Kreml eyni zamanda sanksiyaların yumşaldılmasını və Qərbin parçalanmasını hədəfləyir. Bu məqsədlərin bəzilərinə nail olmaq üçün Moskva belə dialoqa formal şəkildə razılaşa bilər".

K.Sultanlı diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa belə, real və davamlı sülh sazişinin əldə olunması ehtimalı aşağıdır. Daha çox bu, Trampın siyasi imicini gücləndirməyə xidmət edən “şou-diplomatiya” xarakteri daşıya bilər. Paralel olaraq həm Rusiya, həm də Ukrayna Trampı öz mövqelərinə yaxın saxlamaq üçün belə təşəbbüslərə gedə bilərlər.


"Trampla münasibətlər hər iki tərəf üçün önəmli olduğundan, formal danışıqlar mümkündür. Amma ümumilikdə, yaxın perspektivdə sülhün bərqərar olması real görünmür. Atəşkəs olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq", - deyə siyasətçi fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Bütün Xəbərlər