Sosial xidmət müəssisələrində 7 ayda 3 min şəxsə xidmət göstərildi

Sosial xidmət müəssisələrində 7 ayda 3 min şəxsə xidmət göstərildi
15.08.2025 11:16 Sosial

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min şəxsə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, və s. xidmətlərlə təmin olunublar.

Qeyd  edilən şəxslərdən 967 nəfərini uşaqlar təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər