Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verildi

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verildi
11.07.2025 12:40 Sosial

Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov açılış nitqi ilə çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış edərək icbari təlim prosesi ilə əlaqədar ətraflı məlumat verib.

Təxminən otuz beş gün davam edəcək icbari təlim zamanı namizədlər həm nəzəri biliklərə yiyələnəcəklər, həm də onlar üçün təcrübə və tanışlıq tədbirləri təşkil ediləcək. Yeni və təkmilləşdirilmiş formatda tərtib edilmiş təlim proqramı ilə namizədlər daha çox praktiki bacarıqlar əldə edərək icra, probasiya və qeydiyyat üzrə tabeli və yerli ədliyyə qurumlarının fəaliyyəti, eləcə də məhkəmələrdə icraat qaydası ilə yaxından tanış olacaqlar.

İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Qeyd edək ki, nazirliyin Müsabiqə Komissiyası tərəfindən yekunlaşdırılan 24-cü müsabiqənin söhbət mərhələsində iştirak edən 89 namizəddən 64 nəfəri uğur qazanaraq icbari təlimlərə cəlb edilib.

FOTOLAR

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verildi — 1
Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verildi — 2
Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verildi — 3
XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Bütün Xəbərlər