“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalandı

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalandı
24.05.2025 12:21 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə e-qaydada 23,2 min əmək müqaviləsi imzalanıb. 

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib. 

Bildirilib ki, işəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. 

Vətəndaşlar bu müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər. 

Qeyd edək ki, bu mobil tətbiqə cari ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər