DSMF sədri vətəndaş qəbulu keçirdi

DSMF sədri vətəndaş qəbulu keçirdi
08.08.2025 16:19 Sosial

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Göyçayda bu rayonunun sakinlərini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər