Deputat və siyasətçilər niyə həmişə "dildədirlər"?

Deputat və siyasətçilər niyə həmişə "dildədirlər"?
15.05.2026 14:56 Sosial

Cəmiyyət deputat və ictimai-siyasi şəxsləri həmişə diqqətdə saxlayır. İnsanlar onlara baxır, danışır, hərəkətlərini izləyirlər. Həmin şəxslərin davranışları isə insanlarda həm müsbət həm də mənfi fikirlər formalaşdıra bilir. Hər hansı diqqətçəkici söz desələr, dərhal "manşet" olur.

Bəs deputat və siyasətçilər niyə qınaq obyektidirlər?

Birincisi, onlar bizim adımızdan danışırlar. Millət vəkili seçildiyi gün deyir ki, "Mən xalqın səsi olacağam". Yəni bizim problemlərimizi həll etmək üçün səlahiyyət alır. Əgər o, maşınını dəyişdirir, villasını genişləndirir, amma vətəndaşların yolları çuxurlu, evləri qazsız-susuz qalırsa, təbii ki, adamlar qəzəblənir. 

İkincisi, güc yəni ad-sandır. Adi adamın bir işi görmək üçün aylarla qaçması, bir vəkilin isə zənglə həll etməsi. Bu fərq insanlarda qıcıq yaradır. 

Üçüncüsü, siyasətçilər söz verirlər, problemləri həll edəcəklərini deyirlər. Müəyyən vaxt keçir, amma çox vaxt gözlənilən dəyişiklik olmur. 

Dördüncüsü, onlar göz qabağındadır. Media da bunu sevir, çünki oxunur, izlənilir. Sakit və yaxşı iş görən siyasətçilər isə az xəbər olur. Əksinə, qalmaqal, mübahisə və səhvlər daha çox diqqət çəkir. Səhv iş görməsələr də paylaşdıqları şəkilləri, etdiyi hərf səhvləri gözə tez "batır".

Ancaq bütün bunlar onların işlərini yerinə yetirmədiyi mənasına gəlmir. Onlar problemlərlə bağlı çıxış edir, təkliflər irəli sürürlər. Bəzi məsələlərin həlləri üçün isə müəyyən vaxt lazım olur. 

Nəticədə, deputat və siyasətçilər diqqət mərkəzindədir, çünki onlar hakimiyyətdədir. Hakimiyyət isə həm cazibədardır, həm də böyük məsuliyyət daşıyır. Xalq da onlardan daha yaxşısını, daha dürüstünü, daha sadəsini gözləyir. Bu qınaqlar bəzən ədalətsiz olur, bəzən isə çox haqlı.

Siyasətçi olmaq asan iş deyil. Ya vicdanla xidmət edəcəksən, ya da hər gün qınaq altında qalacaqsan. Xalq da səhv etmir, sadəcə öz həyatının yaxşılaşmasını istəyir. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Bütün Xəbərlər