Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı
10.10.2025 16:28 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün özünüməşğulluq proqramının icrasını davam etdirir.

TodayPress TV xəbər verir ki, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını qurub.

TodayPress TV

FOTOLAR

Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 1
Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 2
Daha 20 ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər