SOMDA-nın rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanında oldu

SOMDA-nın rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanında oldu
16.03.2026 15:57 Siyasət

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti mart ayının 16-da - peşə bayramı günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Fəxri xiyabana gələn Agentliyin rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Agentliyin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

TodayPress TV

FOTOLAR

SOMDA-nın rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanında oldu — 1
SOMDA-nın rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanında oldu — 2
SOMDA-nın rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanında oldu — 3
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər