Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşdü

Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşdü
10.07.2025 17:30 Siyasət

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı iki nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron, 18 ballistik və müxtəlif tipli raketlər atılıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər