Rubio və Barrot Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasını müzakirə etdilər

Rubio və Barrot Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasını müzakirə etdilər
05.08.2025 10:19 Siyasət

ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan-Noel Barrot telefon danışığı aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Bildirilib ki, Rubio fransalı XİN başçısı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.

Eyni zamanda, onlar İranın nüvə proqramı ilə bağlı fikir mübadiləsi aparıblar.

ABŞ və Fransa rəsmiləri, həmçinin Qəzzadakı humanitar vəziyyət, Ukraynadakı müharibə və Sudandakı münaqişəni də müzakirə ediblər.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər