Ramiz Yunus Ukraynanın Siyasi və Hüquqi Elmlər Akademiyasının həqiqi üzvü seçildi

Ramiz Yunus Ukraynanın Siyasi və Hüquqi Elmlər Akademiyasının həqiqi üzvü seçildi
21.01.2026 17:54 Siyasət

Xəzər Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Ramiz Yunus Ukraynanın Siyasi və Hüquqi Elmlər Akademiyasının həqiqi (akademik) üzvü seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ramiz Yunus öz “Facebook” hesabında məlumat paylaşıb. 


O bildirib ki, Ukraynanın Siyasi və Hüquqi Elmlər Akademiyasının Elmi Şurası onun namizədliyini yekdilliklə dəstəkləyib.

Ramiz Yunus bu qərarı özü üçün böyük şərəf adlandıraraq Akademiyanın prezidenti, professor Petro Mironenkoya və Elmi Şuranın bütün üzvlərinə təşəkkürünü bildirib.

Paylaşımda qeyd olunur ki, qərar 15 yanvar 2026-cı il tarixində Elmi Şuranın iclasında qəbul edilib və müvafiq diplom təqdim olunub. 

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər