Paşinyan: "Əliyevlə danışıqların nəticələrindən məmnunam"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların nəticələrindən məmnun olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Hörmətli həmkarlar, sülh faktdır”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-də Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər.
Türkan İsgəndərli