Paşinyan daşnakları dəfn etdi - Türkiyəyə MÜDHİŞ XƏBƏR

Paşinyan daşnakları dəfn etdi - Türkiyəyə MÜDHİŞ XƏBƏR
13.05.2026 10:21 Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı “Qərbi Ermənistan” anlayışı ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, deputat bildirib ki, “Qərbi Ermənistan yoxdur, Şərqi Türkiyə var. Xəritələri və tarixi mənbələri oxuyaraq bunun Türkiyə Respublikasının ərazisi olduğunu anlamaq lazımdır.”

Bu bəyanat Ermənistanda və erməni diasporu arasında geniş rezonans doğurub. Son dövrlərdə Paşinyan və komandası tərəfindən “Qərbi Ermənistan” terminindən uzaqlaşmaq, həmin əraziləri Türkiyənin ayrılmaz tərkib hissəsi kimi qəbul etmək istiqamətində müəyyən mesajların verildiyi müşahidə olunur. Paşinyan özü də daha əvvəl oxşar fikirlər səsləndirərək “Qərbi Ermənistan” və “Qərbi Azərbaycan” terminlərinin qarşılıqlı şəkildə qıcıq yaradan anlayışlar olduğunu vurğulamışdı.

Hakim partiyanın nümayəndəsi xəritələrə və tarixi mənbələrə istinad edərək qeyd edib ki, sözügedən ərazilər beynəlxalq sənədlərdə və rəsmi xəritələrdə Türkiyə Respublikasının ərazisi kimi tanınır. O, erməni cəmiyyətini mövcud geosiyasi reallıqları qəbul etməyə və keçmiş ərazi iddialarından imtina etməyə çağırıb.

Bu mövqe Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması və regional sülh prosesinə töhfə vermək cəhdi kimi qiymətləndirilir. Lakin müxalif qüvvələr və radikal erməni dairələri bu bəyanatı “tarixi inkar” və “milli maraqlara xəyanət” kimi dəyərləndirərək kəskin tənqid ediblər.

Jalə Rövşən  

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - Qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 Bütün Xəbərlər