Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilir

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilir
24.09.2025 04:07 Siyasət

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilir.

TodayPress TV-nin məlumatına görə, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbir Türkiyə, Qazaxıstandan olan təmsilçilərin çıxışları ilə davam edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər