Makron Azərbaycana qarşı cinayət törədən şəxslərlə bağlı məsələyə toxundu
Fransa Prezidenti Emmanuel Makron İrəvanda Azərbaycana qarşı cinayət törədən şəxslərlə bağlı məsələyə toxunaraq, faktiki olaraq erməni tərəfinin tezislərini təkrarlayıb.
TodayPress TV xəbər verir ki, Makron bu barədə İrəvanda jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Onların “azadlığa buraxılması” ilə bağlı suala cavab verən Makron bu mövzunu Ermənistanın baş naziri ilə görüşlərdə müzakirə etmək niyyətində olduğunu, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ayrıca danışıq aparacağını bildirib.
Onun sözlərinə görə, Fransa vasitəçi rolunu oynamağa və “vəziyyətin yaxşılaşmasına kömək etməyə” çalışır.