Körfəz ölkələri QƏZƏBLƏNDİ: Tramp "ofsaytda" qaldı

Körfəz ölkələri QƏZƏBLƏNDİ: Tramp "ofsaytda" qaldı
07.05.2026 18:00 Siyasət

Səudiyyə Ərəbistanı və Küveytin ABŞ-nin hərbi əməliyyatına dəstəyi dayandırması ilə bağlı xəbərlər Tramp administrasiyasının Yaxın Şərq siyasətində ciddi diplomatik və logistik böhran yaradıb. Bu ABŞ-nin  regiondakı mövqeyinin zəifləməsini və Körfəz ölkələrinin dəyişən prioritetlərini göstərir.

Trampın "Truth Social"da   elan etdiyi  “Azadlıq Layihəsi”nin məqsədi İranın Hörmüz boğazında yaratdığı gərginlik fonunda ticarət gəmilərinə, xüsusilə neft tankerlərinə hərbi müşayiət təmin etmək idi.

Səudiyyə rəhbərliyi (o cümlədən MBS) bu elan barədə əvvəlcədən məlumatlandırılmadıqları üçün narazılıq ifadə etdilər. Nəticədə ABŞ təyyarələrinin Prince Sultan hava bazasından istifadəsinə və Səudiyyə hava məkanından keçidinə icazə verilmədi. Eyni zamanda hava hücumundan müdafiə “çətiri” də müvəqqəti olaraq aradan qaldırıldı. 

Küveyt də öz növbəsində bazalara, hava məkanına və uçuş hüquqlarına çıxışı məhdudlaşdırdı. Qətər və Oman da oxşar şəkildə təəccüb içində olduqlarını bildirdi  və əlaqələr yalnız əməliyyat başladıqdan sonra quruldu.

Tramp ilə MBS arasında baş tutan birbaşa telefon danışığı vəziyyəti həll etmədi. Nəticədə əməliyyat cəmi 36–48 saat sonra dayandırıldı  və bu, “qısa müddətli pauza” kimi təqdim edildi.

Görünən odur ki,  körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, artıq “böyük qardaş” yanaşmasına qarşı daha həssasdır. Trampın sosial mediada ani qərarını elan etməsi regionda etimadın zəifləməsinə səbəb olur. Səudiyyə tərəfi isə diplomatik səylərə, xüsusilə Pakistan vasitəçiliyi ilə İranla aparılan danışıqlara üstünlük verdiyini bildirir.

MBS-in “Vision 2030” proqramı çərçivəsində iqtisadi diversifikasiya və regional sabitlik əsas hədəflərdir. İranla birbaşa hərbi qarşıdurma Səudiyyəni  raket və dron hücumları baxımından. risk altına sala bilərBundan əlavə, neft qiymətlərinin sabitliyi və Çinlə iqtisadi əlaqələr də mühüm rol oynayır. ABŞ-nin belə nala-məxa vurması  isə riskləri artırır.

"Prince Sultan" bazası və Körfəz hava məkanı olmadan genişmiqyaslı əməliyyatların həyata keçirilməsi ciddi şəkildə çətinləşir. Bu isə ABŞ-nin regiondakı hərbi üstünlüyünün artıq şərtsiz olmadığını göstərir. Digər ölkələr, o cümlədən BƏƏ və Bəhreyn də daha ehtiyatlı mövqe tutur.

İranın Hörmüz boğazı üzərində təzyiq imkanları Körfəz ölkələrini narahat edir. Onlar genişmiqyaslı müharibənin iqtisadi sabitliyi pozmasını istəmirlər, çünki iqtisadiyyatları əsasən neft ixracına əsaslanır. Nəticədə hər kəs öz cibini düşünür.

Bu hadisə Trampın “güclü lider” imicinə növbəti mənfi təsirdir. Deməli Tramp hadisələri hesablaya bilmir. Əməliyyatın qısa müddətdə dayandırılması daxili tənqidlərə səbəb olur və diplomatik həll yollarının vacibliyini ön plana çıxarır.

Müttəfiqlik tamamilə pozulmayaqcaq, lakin daha çox “tranzaksiya” xarakteri alacaq. Körfəz ölkələri öz milli maraqlarını daha sərt şəkildə müdafiə edir. Bu isə Çin və Rusiya üçün regionda əlavə imkanlar yaradacaq.

Hörmüz boğazı qlobal neft axınının təxminən 20–30%-ni təmin edir. Uzunmüddətli gərginlik enerji qiymətlərini artıraraq qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər. Pakistan kimi vasitəçi ölkələrin rolu isə daha da artır. 

Bu proses post-2020 Yaxın Şərq reallığını əks etdirir: ABŞ-nin hegemon təsiri zəifləyir, regional aktorlar isə daha müstəqil siyasət yürüdür. Trampın sürətli və birtərəfli qərar yanaşması regionun mürəkkəb diplomatik balansı ilə ziddiyyət təşkil edir. Nəticədə hərbi əməliyyat əvəzinə diplomatik danışıqlar daha real seçim kimi görünür, lakin İran–ABŞ gərginliyi hələ də tam həll olunmayıb.

Gələcək inkişaflar həm Tramp administrasiyasının çevikliyindən, həm də Körfəz ölkələrinin mövqeyindən asılı olacaq. Bu vəziyyət ABŞ üçün mühüm bir dərsdir: regionda effektiv fəaliyyət üçün müttəfiqlərlə koordinasiya həlledici əhəmiyyət daşıyır.

Jalə Rövşən

TodayPress TV 

XƏBƏR LENTİ
05 IYUN 2026
6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Bütün Xəbərlər