İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir

İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
15.07.2025 14:39 Siyasət

İyulun 15-də Azərbaycan Respublikası Ali Məhkəməsində İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ali Məhkəmədən TodayPress TV-yə verilən məlumata görə, Ali Məhkəmənin sədri İnam Kərimov İraqla Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Görüş zamanı ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarından istifadə genişlənir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı şəkildə yenilənir. 


Məhkəmə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi,qarşılıqlı təcrübə və informasiya mübadiləsinin təşviqi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Munther İbrahim Hüsseyn iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, Azərbaycan məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir — 1
İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir — 2
XƏBƏR LENTİ
05 IYUN 2026
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 Bütün Xəbərlər