İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edildi
İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib.
TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərar artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.