Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdü

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdü
06.06.2025 12:36 Siyasət

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. 

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar. 

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib. 

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib. 

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər