“Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz

“Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz
05.06.2026 20:13 Siyasət

Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır.

TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 iyun 2026-cı il tarixində "middleeasteye.net" və "haaretz.com" informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər