Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası

Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası
08.10.2025 11:49 Siyasət

2025-ci il 7 oktyabr tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü Türk dünyasının siyasi və mənəvi tarixində yeni bir səhifə açdı.

Bu Zirvə üzv ölkələr arasında həm əməkdaşlıq formatı, həm də Türk birliyinin strateji və mənəvi inteqrasiyasının real təzahürü kimi yaddaşlarda qaldı.

Azərbaycanın ev sahibliyi etdiyi Qəbələ Zirvəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dövlətləri arasında həmrəyliyin, təhlükəsizlik sahəsində əməkdaşlığın və ortaq dəyərlərin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu.

Zirvənin ən təsirli və yaddaqalan hadisələrindən biri şəksiz Füzuli şəhərində Türk dövlətləri liderlərinin birgə iştirakı ilə yeni məscidin bünövrəsinin qoyulması idi.

Bu mərasim bir neçə baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

İlk mövbədə bu addım işğaldan azad edilmiş ərazilərin bərpa prosesinin beynəlxalq miqyasda legitimliyi ətrafında həmrəyliyin göstəricisi idi.

Türk liderlərinin bu prosesdə iştirakı həm də bizim hamımız üçün ortaq dəyərin - İslamın birləşdirici mahiyyətini vurğulamaqla, Türk dünyasının mənəvi gücünü nümayiş etdirdi.

Emosional baxımdan isə bu mərasim, milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş təhdidlərə birgə cavabın nümayişi idi.

Odur ki, İşğal illərində dağıdılmış ibadətgahlarımızınn yerində yenidən ucaldılacaq bu məscidin təməlinin birgə atılması Türk dünyasının dirçəliş, inam və mənəvi qardaşlığının simvoluna çevrildi.

Bu hadisə həm də Ulu Öndər Heydər Əliyevin başlatdığı azadlıq yolunun, Prezident İlham Əliyevin liderliyində mənəvi tamamlanması kimi dəyərləndirilməlidir.

Sirr deyil ki,Füzuli adı Azərbaycan tarixində qələbə və yenidən doğuluşun simvolu kimi qəbul edilir.

1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Komandanlığı altında aparılan məşhur Horadiz döyüşləri Füzuli rayonunun işğaldan azad edilmiş hissəsinə “Kiçik Qayıdış”ı təmin edən uğurlu əməliyyat kimi tarixə düşdü.

Bu, o zamankı Azərbaycan dövləti və xalqı üçün çox çətin bir dövrdə əldə edilmiş ilk hərbi və siyasi qələbə olmaqla dövlətin, ordunun və xalqın ruhunun dirçəlişinin başlanğıcı idi.

2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhəri İkinci Qarabağ Müharibəsində əldə edilmiş ilk uğurlu əməliyyatların nəticəsi kimi öz azadlığına qovuşdu.

İndi artıq çox böyük əminliklə söyləyə bilərik ki, bu istiqamətdə qazanılmış bu

qələbə də öz növbəsində“Böyük Qayıdış”ın əsasını qoydu və Qarabağda tam suverenliyin bərpasına aparan yolun başlanğıcı oldu.

2025-ci ildə "Qəbələ Zirvəsi" çərçivəsində Füzulidə Türk liderlərinin birgə təməlqoyma mərasimi isə bu tarixi silsilənin ruhani tamamlanmasına- “Mənəvi Qayıdış” mərhələsinə çevrildi.

Hələ 2016 cı ilin məlum "Aprel döyüşləri"ndən sonra Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Çocuq Mərcanlı kəndində Şüşa məscidinin eynisi tikilmiş, bərpa olunmuş kəndə qayıdaçaq əhaliyə öz yurduna sahiblənmək yolunda ilk xeyir-dua da bu Məsciddən ucalan azan səsilə verilmişdi.

Bununla da bizim üçün öz yurdlarımıza ruhani qayıdışla fiziki qayıdışımızın eyni dərəcədə əhəmiyyət kəsb etdiyi vurğulanmışdı.

Qəbələ Zirvəsində Azərbaycan tərəfindən irəli sürülən və qəbul edilən mühüm təşəbbüslərdən biri Türk dövlətlərinin ortaq hərbi təlimlərinin keçirilməsi oldu.

Bu qərar birmənalı şəkildəTDT çərçivəsində vahid təhlükəsizlik fəlsəfəsinin formalaşmasına yönəlib.

Odur ki, Azərbaycanda keçiriləcək bu

təlimlər ilk növbədə regional sabitliyin və təhlükəsizliyin qorunmasına, müasir texnoloji və taktiki təcrübə mübadiləsinə, türk dövlətləri arasında hərbi-siyasi etimadın möhkəmlənməsinə xidmət edəcəkdir.

Azərbaycanın müasir döyüş təcrübəsi və innovativ müdafiə modeli bu əməkdaşlıqda ölkəmizin lider mövqeyini bir daha təsdiqləyir.Və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türk dövlətləri arasında əlaqələr artıq söz birliyindən əməl birliyinə çevrilməkdədir.

Bunun sübutu olaraq isə Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhliz, Zəngəzur bağlantısı, yaşıl enerji layihələri və mədəni-humanitar əməkdaşlıq proqramlarının Türk dünyasının birliyinə praktiki töhfə verməsidir.

Bu gün Azərbaycan həm iqtisadi baxımdan, həm də mənəvi baxımdan Türk dünyasının mərkəzi rolunda çıxış edir.

2025-ci il Qəbələ Zirvəsi Türk dünyasının gələcəyinə yönəlik bütöv strateji konsepsiyanın əsasını qoydu.

Füzulidə məscidin təməlqoyması isə bu birliyin mənəvi rəmzinə çevrildi.

Azərbaycanın təşəbbüsləri, Füzuli üzərində formalaşan tarixi yaddaş və İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət bir daha göstərdi ki, hazırda Lokomotivi Azərbaycan olan türk dünyasının böyük gələcəyinə yönələn strateji planların əsası qədim paytaxt Qəbələdə, ruhani təməli isə Füzulidə qoyulur...

Yolumuz açıq olsun !!!

Bahar Muradova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

TodayPress TV

FOTOLAR

Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası — 1
Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası — 2
Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası — 3
Azərbaycanın liderliyi ilə Füzuli təməlində birləşən Türk dünyası — 4
XƏBƏR LENTİ
04 IYUN 2026
“Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Bütün Xəbərlər