Avropa İttifaqı Şurasının Prezidenti: Azərbaycan Aİ üçün çox mühüm tərəfdaşdır

Avropa İttifaqı Şurasının Prezidenti: Azərbaycan Aİ üçün çox mühüm tərəfdaşdır
11.03.2026 17:41 Siyasət

Azərbaycan Respublikası Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır.

TodayPress TV xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Son bir il ərzində biz əlaqələrimizi daha da canlandırdıq və bugünkü görüşümüz də bunun bariz nümunəsidir”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.

O, Avropa İttifaqının bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətində olduğunu vurğulayıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər