Akkan Suver: "Bu gün bütün Türk dünyasının böyük Zəfər Bayramını qeyd edirik"
Siyasət
08.11.2025 14:52
Bu gün biz təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük Zəfər Bayramını qeyd edirik. Ermənilərin təxminən 30 il əvvəl işğal etdikləri torpaqları geri alan Qarabağ Zəfəri yalnız Azərbaycanın deyil, türklük tarixinin də şanlı və şərəfli səhifələrindən biri oldu. Bu böyük Zəfərin 5-ci ildönümündə Qafqazda sülh və sabitlik yaradan, “Bir millət, iki dövlət” sözlərini gerçəyə çevirən azərbaycanlı qardaşlarımızla qürur duyuruq. Türklüyün Zəfər Bayramı mübarək olsun!
TodayPress TV xəbər verir ki, bunu Zəfər Günü münasibətilə açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver bildirib.
Açıqlamasında “Prezident İlham Əliyevin yüksək səviyyəli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılmış bu Böyük Zəfərin ildönümündə Mərmərə Qrupu Vəqfi olaraq, vətəndaş cəmiyyəti olaraq azərbaycanlı qardaşlarımızı ən səmimi duyğularla təbrik edirik” sözlərini işlədən Akkan Suver, Qarabağın Vətən torpaqlarına qovuşması uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə sağlamlıq və xoşbəxtlik arzulayıb.
