Keçi südünün əzələlərə faydaları aşkarlandı
Sağlamlıq
22.07.2025 19:45
Vitaminlə zənginləşdirilmiş keçi südü yaşa bağlı əzələ zəifləməsiylə mübarizədə inək südündən daha təsirli nəticə verir.
TodayPress TV xəbər verir ki, bu barədə "Food Science & Nutrition" (FSN) jurnalında dərc olunub.
Sarkopeniya, yəni əzələ kütləsinin, gücünün və funksiyasının itirilməsi, qocalan əhali arasında geniş yayılmış ciddi problemdir. Tədqiqatçılar hesab edirlər ki, dünyada insanların 10%-dən 27%-ə qədəri bu xəstəlikdən əziyyət çəkir.
Təcrübədə sarkopeniya simptomları olan siçanlar üç qrupa bölünüb və səkkiz həftə ərzində tam keçi və inək südü ilə qidalandırılıblar.
Nəticələr göstərib ki, bütün süd məhsulları əzələ liflərinin vəziyyətini yaxşılaşdırıb və bədəndə iltihabı azaldıb. Ancaq ən güclü təsir keçi südü qəbulu zamanı müşahidə olunub. Yalnız keçi südü yağ kütləsinin əhəmiyyətli azalmasına səbəb olub və əzələ böyüməsi və bərpası ilə əlaqəli molekulyar yolları aktivləşdirib.
Türkan İsgəndərli
tag: Vitamin,Keçi südü,İnək südü,Əzələ,Todaypress.tv,