Həddindən artıq yetişmiş banan həzmi çətinləşdirir
Sağlamlıq
15.09.2025 19:30
Həddindən artıq yetişmiş bananlarda şəkərin miqdarı artır, bağırsaq üçün faydalı olan rezistent nişastanın isə azalır.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Bananlar yetişdikcə tərkibində ümumi qida liflərinin payı azalır. Qida lifləri və ya sellüloza orqanizm tərəfindən həzm olunmasa da, bağırsaqdakı faydalı mikrofloranın təsiri ilə işlənir.
Bananların qabığı və içi qaraldıqca rezistent nişasta da azalır. Nəşr bildirib ki, rezistent nişasta sellüloza kimi bağırsaq bakteriyaları tərəfindən işlənir və bağırsaqda qismən faydalı yağ turşularına çevrilir.
Məlumata görə, daha faydalı olanlar yaşıl, sərt bananlardır. Onların tərkibindəki qida lifləri ürək-damar xəstəlikləri, insult, 2-ci tip diabet və bağırsaq xərçəngi riskini azalda bilər.
Qiymət Mahir
tag: Banan,Bağırsaq,Həzm,Lif,Todaypress.tv,