Qan xərçənginin müalicəsi tapıldı
Sağlamlıq
15.09.2025 19:15
London Kral Kollecinin alimləri mövcud "PARP" inhibitorları adlı dərmanların ağır qan xərçəngi formalarının müalicəsində də effektiv ola biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Blood" jurnalında dərc olunub.
Alimlər aşkar ediblər ki, bu xəstəliklər zamanı transpozonlar adlanan “tullanıcı genlər” aktivləşərək DNT-ni zədələyir və şişin inkişafını sürətləndirir.
Təcrübələrdə siçan modellərində istifadə olunan "PARP" inhibitorları, zədələnmiş DNT-ni bərpa edən fermentləri bloklayaraq xərçəng hüceyrələrinin genetik sabitliyini pozub. Bu da hüceyrələrin sürətlə məhv olmasına səbəb olub.
Hazırda bu dərmanlar yumurtalıq, süd vəzi, prostat və mədəaltı vəzi xərçəngi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Alimlər hesab edirlər ki, yeni yanaşma genetik cəhətdən oxşar pozuntulara malik digər şiş növlərində də faydalı ola bilər.
Türkan İsgəndərli
tag: Qan,Xərçəng,Dərman,Xəstəlik,Todaypress.tv,