Tənhalığa əsas səbəb paranoid düşüncələrdir - ARAŞDIRMA

Sağlamlıq

19.09.2025 19:15

Polşa tədqiqatçıları müəyyən ediblər ki, tənhalıq sosial təcriddən daha çox paranoid düşüncələrlə bağlıdır. 

TodayPress TV xəbər verir ki, araşdırma "Psychological Medicine" (PsyMed) jurnalında nəşr olunub.

Paranoid düşüncələr - başqalarının insana zərər vermək, aldatmaq və ya istismar etmək istədiyinə dair əsaslı olmayan şübhə və inancdır. Bu düşüncələr gündəlik həyatın qavranmasını təhrif edir və stress, narahatlıq kimi hallarda daha da güclənə bilər. Məsələn, bir şəxs həmkarlarının ona qarşı sui-qəsd hazırladığına inanır, baxmayaraq ki, bunun heç bir real sübutu yoxdur. Bu tip fikirlər münaqişələrə, təcridə və geri çəkilməyə səbəb olur.

Tədqiqatda Polşanın müxtəlif yaş, cins, təhsil və yaşayış yeri üzrə təmsilçisi olan 5000-dən çox insan iştirak edib. Respondentlər tənhalıq, sosial əlaqələr, koqnitiv qərəzlər, rədd edilməyə həssaslıq, narahatlıq, depressiya və paranoid meyllər barədə anketləri iki dəfə doldurublar.

Nəticələr göstərib ki, tənhalıq digər psixoloji xüsusiyyətlərin güclü göstəricisidir və birbaşa paranoid düşüncələrlə bağlıdır. Tənhalıq şübhələri artırır, şübhələr isə öz növbəsində tənhalıq hissini gücləndirir. Sosial təcrid isə tənhalıq hissinə dolayı təsir göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yalnızlıq,Depressiya,Tənhalıq,Sosial,Todaypress.tv,