Əllə görüşmək xəstəliklərə səbəb ola bilər

Sağlamlıq

14.07.2025 18:15

Əl sıxma gündəlik həyatın adi bir jesti olsa da, sağlamlıq baxımından ciddi təhlükə yarada bilər.

TodayPress TV xəbər verir ki, insan əlləri infeksiyaların əsas daşıyıcısıdır, çünki onlar gündəlik olaraq müxtəlif səthlərlə təmasda olur. 

Araşdırmalara görə, yoluxucu xəstəliklərin böyük əksəriyyəti məhz çirkli əllər vasitəsilə yayılır.

Əllərin gigiyenasına diqqət yetirilmədikdə, onlar vasitəsilə bir sıra təhlükəli bağırsaq infeksiyaları, o cümlədən qaraciyər, mədə-bağırsaq və tənəffüs sistemi ilə bağlı xəstəliklər yayına bilər. 

Eyni zamanda, müxtəlif virus və bakteriyalar da bu yolla insandan insana keçə bilər. Bu səbəbdən əl gigiyenasına riayət etmək və ictimai yerlərdə şəxsi qoruyucu tədbirlər görmək yoluxma riskinin qarşısını almaq üçün vacib hesab olunur.

Türkan İsgəndərli

tag: Əl,Jest,Xəstəlik,Virus,Todaypress.tv,