Paşinyan II Qaregini istefaya çağırdı
Qərbi Azərbaycan
09.06.2025 17:19
Ermənistanın Baş naziri Nikol Paşinyan, Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin subaylıq əhdini pozduğunu və bu səbəbdən vəzifədən getməli olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Paşinyan bu fikirləri "Facebook" sosial şəbəkəsində paylaşıb.
“II Qaregin könüllü şəkildə götürdüyü subaylıq əhdini pozub və onun övladı var”, - deyə Baş nazir yazıb.
Paşinyan əlavə edib ki, əgər II Qaregin bu iddianı təkzib etməyə cəhd göstərərsə, lazımi formatda sübutlarla çıxış edəcək. Baş nazirin sözlərinə görə, Erməni Apostol Kilsəsinin Daxili Nizamnaməsinə əsasən, Qaregin bu halda nə yepiskop, nə arxiyepiskop, nə də katolikos ola bilməz.
Nikol Paşinyan kilsəni yeni rəhbər seçməyə çağırıb və vurğulayıb ki, gələcək katolikos namizədinin əxlaqi və mənəvi keyfiyyətləri əvvəlcədən yoxlanmalıdır.
Töhfə Səməd
tag: Paşinyan,Ermənistan,Qaregin,todaypress.tv,