Ermənistandan Karapetyanla bağlı etiraf: Axtarış qanunsuzdur

Qərbi Azərbaycan

30.07.2025 17:15

Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı iş adamı Samvel Karapetyanın İrəvandakı evində aparılan axtarışın qanunsuz olduğuna dair qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə onun vəkili Lianna Karapetyan bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya instansiyası birinci məhkəmənin 18 iyun 2025-ci il tarixli qərarını ləğv edib və Karapetyanın hüquqlarının pozulduğunu tanıyıb. O bildirib ki, axtarış üçün hüquqi əsaslar yetərli olmayıb və bu səbəbdən əməliyyat qanunsuz sayılıb.

Qeyd edək ki, iyunun 18-də Karapetyan hakimiyyətə qarşı açıq çağırışlarda ittiham olunaraq saxlanılmış və iki ay müddətinə həbs edilmişdi. 

Türkan İsgəndərli

tag: Karapetyan,Ermənistan,Həbs,Məhkəmə ,Todaypress.tv,