Rəşad Məmmədov Rəsulzadənin məzarını ziyarət etdi

Rəşad Məmmədov Rəsulzadənin məzarını ziyarət etdi
31.01.2026 15:15

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, böyük dövlət adamı Məhəmməd Əmin Rəsulzadəni 142-ci doğum günündə məzarı başında rəhmət və ehtiramla andıq. Ruhu şad, məkanı cənnət olsun”,- səfir paylaşımında bildirib.

Qeyd edək ki, bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər