Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir

Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir
22.05.2026 13:18

WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətinin davamı kimi qiymətləndirilib, forumun qlobal miqyası xüsusi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətlərinin ardıcıl şəkildə həyata keçirilməsinin təbii davamıdır.

“Bu forum son illər ərzində formalaşdırdığımız milli dialoqların qlobal miqyasda davamıdır. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyət və UN-Habitat tərəfindən Azərbaycana göstərilən etimadın güclü ifadəsidir. Biz WUF13-ün baş tutmasına şərait yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.

Anar Quliyev vurğulayıb ki, WUF13 bu platformanın həqiqətən qlobal xarakter daşıdığını nümayiş etdirib.

Onun sözlərinə görə, forumda ümumilikdə 53 min 500 iştirakçı fəal şəkildə iştirak edib. Onlardan təxminən 50 mini tədbirə fiziki olaraq qatılıb, 3 mindən çox iştirakçı isə onlayn qoşulub.

Komitə sədri bildirib ki, forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub. Əsas proqramda 125 ölkədən 400-ə yaxın məruzəçi iştirak edib ki, onların 340-ı beynəlxalq, 60-ı isə Azərbaycan nümayəndələri olub.

Anar Quliyev qeyd edib ki, WUF13 forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yeniliklərlə yadda qalıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən Liderlərin Bəyanatı sessiyası WUF13-ün əsas hadisələrindən birinə çevrilib.

Komitə sədrinin sözlərinə görə, 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, davamlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də hər kəs üçün əlçatan mənzil və dayanıqlı icmaların yaradılması istiqamətində güclü siyasi iradəni nümayiş etdirib.

Anar Quliyev əlavə edib ki, WUF13-ün daha bir mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının nəzərdən keçirilməsi məqsədilə keçirilən yenilənmiş Nazirlər Görüşü olub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 Bütün Xəbərlər