May tarixdəki ikinci ən isti ay oldu
Maraqlı
11.06.2025 17:29
Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) araşdırmasına görə, 2025-ci ilin mayı tarixdə qeydə alınmış ikinci ən isti may ayı olub.
TodayPress TV xəbər verir ki, planetin orta qlobal səth temperaturu 15,79°C təşkil edib ki, bu da 1991–2020-ci illər ortalamasından 0,53°C yüksəkdir.
Yüksək temperatur bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb. Avropa, Rusiya, Ukrayna, Türkiyə, Şimali və Cənubi Amerika, Mərkəzi Asiya, Avstraliyanın cənubu və Afrika bu yaz quraqlıq və zəif məhsul kimi problemlərlə üzləşib. Əgər yayda da yağıntılar az olsa, su çatışmazlığı riski arta bilər.
Bundan əlavə, Şimal-Şərqi Atlantik okeanında dəniz səthinin temperaturu may ayında tarixi rekorda çatıb.
Hesabata görə, keçən ayın temperaturu sənayedən əvvəlki dövrə (1850–1900) nisbətən 1,4°C yüksək olub və bu, 1,5°C həddini keçən 21 aylıq ardıcıl dövrün sona çatdığını göstərir. Bu hədd iqlim razılaşmalarında kritik sərhəd sayılır.
Türkan İsgəndərli
tag: May,Ay,İsti,Planet,todaypress.tv,