Yerdə maqnit qasırğası başladı

Maraqlı

13.06.2025 10:11

Yer kürəsində maqnit qasırğası başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Qasırğa Bakı vaxtı ilə saat 00:00-da qeydə alınıb və "G2.3" səviyyəsinə çatıb. Bu, orta səviyyədən bir qədər güclü hesab olunur.

Alimlərin sözlərinə görə, bu vəziyyət enerji sistemləri və radiorabitəyə təsir göstərə bilər.

Geomaqnit pozğunluğunun dəqiq səbəbi hələ bilinmir. Müşahidələrə əsasən, son saatlarda günəş plazmasının sıxlığı və maqnit sahəsi artıb, lakin günəş küləyinin sürəti sabit qalıb. Bu səbəbdən bu hadisə əvvəlcədən proqnozlaşdırılmayıb.

Qasırğanın nə qədər davam edəcəyi məlum deyil. Mütəxəssislər yaxın 2-3 gün ərzində qeyri-sabit geomaqnit şəraitin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Türkan İsgəndərli

tag: Maqnit,Günəş,Dalğa,Qasırğa,todaypress.tv,