AMB BOKT-u və onun vəzifəli şəxsini cərimələdi

AMB BOKT-u və onun vəzifəli şəxsini cərimələdi
04.08.2025 12:53 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Gəncə Şəhər Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər