Balıq ehtiyatının qiymətləndirilməsi üzrə ekspedisiya başladı
Kənd Təsərrüfatı
14.10.2025 09:42
Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirilir.
TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 23-nə qədər davam edəcək ekspedisiya Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təşkil olunub.
Türkiyədən ölkəmizə dəvət olunmuş mütəxəssislər arasında Doç. Dr. Mahir Kanyılmaz (Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Balıqçılıq və Su Ürünləri Baş İdarəsi), Prof. Dr. Ali Cemal Gücü (Orta Doğu Texniki Universiteti, Erdemli Dəniz Elmləri İnstitutu), Doç. Dr. Mehmet Cilbiz (Isparta Tətbiqi Elmlər Universiteti, Eğirdir Su Ürünləri Fakültəsi) və Dr. Ferhat Demirol (Elazığ Su Ürünləri Araşdırma İnstitutu) yer alır.
Tədqiqat işləri "Azbioresurs" MMC-yə məxsus "SEA STAR 1" gəmisində həyata keçiriləcək. Ekspedisiya zamanı Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları, türkiyəli alimlər və Zoologiya İnstitutunun mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər.
Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.
Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək.
Ekspedisiya nəticələri və təhlilləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
tag: KTN,Balıq,Ehtiyat,Ekspedisiya,Todaypress.tv,
 
        
 
                                ![Muğanda üzüm bağlarına [[ziyanvericilər yayıldı]]](/uploads/news/68a60431e4a14.webp) 
                                            ![Bolqarıstan-Azərbaycan [[biznes forumu]] keçirildi](/uploads/news/6904c76b38c8a.webp) 
                                            ![“Kənddən Şəhərə” [[yarmarkası]] təşkil olunacaq](/uploads/news/68a6b20158215.webp) 
                                            ![Fermerlər üçün [[mina təhlükəsizliyi təlimləri]] yekunlaşdı](/uploads/news/683056e9079e2.webp) 
                                            ![[[Azərbaycan və Efiopiya]] kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi](/uploads/news/6889ecf0db3d6.webp) 
                                            ![[[Qida məhsulları ilə təmasda olan]] ağıllı materiallar və məmulatlara dair tələblər müəyyənləşdi](/uploads/news/68491e9b76bbb.webp) 
                                            ![Aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər [[NƏZƏRİNƏ]]](/uploads/news/68b80053c3f49.webp) 
                                            ![AKİA sədri Naxçıvanda [[vətəndaş qəbulu]] keçirdi](/uploads/news/68511430a144d.webp) 
                                            ![Məcnun Məmmədov Qəbələdə [[vətəndaşları]] qəbul edəcək](/uploads/news/687e26648221f.webp) 
                                            ![Naxçıvan fermerləri [[246 min manatdan çox heyvandarlıq subsidiyası]] alıb](/uploads/news/68a6cafeb8e61.webp) 
                                            