"Suraxanı Maşınqayırma Zavodu"nun nizamnamə kapitalı 8 %-ə yaxın artırıldı

"Suraxanı Maşınqayırma Zavodu"nun nizamnamə kapitalı 8 %-ə yaxın artırıldı
06.08.2025 11:32 İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı "Suraxanı Maşınqayırma Zavodu" ASC-nin nizamnamə kapitalı 1 307 740 manat və yaxud 7,5 % artırılaraq 17 532 322 manatdan 18 840 062 manata çatdırılıb.

TodayPress TV xəbər verir ki, kapital artımı "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" ASC-nin ona qoşulması ilə bağlı baş verib.

Son nəticədə "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər