Qızıl və gümüşün qiyməti yenidən artdı
Birjada fevral fyuçerslərinin dəyəri 4 550 dollar həddini keçib.
TodayPress TV xəbər verir ki, 2025-ci ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti Nyu-York əmtəə birjasının "Comex" bölməsində tarixi maksimumu yeniləyib.
Ticarət meydançasının məlumatına görə, qızılın bir troy unsiyası 4 553,4 dollar təşkil edib ki, bu da 1,88% artım deməkdir.
Eyni zamanda, Comex birjasında 2026-cı ilin mart ayı üçün gümüş fyuçerslərinin qiyməti də yüksəlib. Belə ki, gümüşün bir troy unsiyası 72,325 dollar olub ki, bu da 5,48% artım deməkdir.