Platinin qiyməti 10 ildən sonra ilk dəfə 1500 dolları keçdi
Nyu-York əmtəə birjasında (Nymex) 2025-ci ilin oktyabr ayı üçün platin fyuçerslərinin qiyməti 21 iyul 2014-cü ildən bəri ilk dəfə 1500 dollar həddini aşıb.
TodayPress TV xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da platinin bir troy unsiyası 1502,9 dollar olub (1,44% artım).
Yarım saat sonra isə qiymət artaraq 1504,3 dollara (1,54%) çatıb.
Türkan İsgəndərli