Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament hazırlandı

Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament hazırlandı
04.06.2025 14:31 İqtisadiyyat

Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. 

Bu texniki reqlament pirotexniki məmulatların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir. 

Azərbaycanda pirotexniki məmulatların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə pirotexniki məmulatlar ona tətbiq olunan bütün texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər