"OpenAI" dəyərini 750 milyard dollara çatdırmağı hədəfləyir
İqtisadiyyat
30.01.2026 19:30
"OpenAI" 100 milyard dollara qədər dəyərində yeni investisiya mərhələsi üzrə böyük texnologiya şirkətləri və Yaxın Şərq suveren sərvət fondları ilə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" xəbər verir ki, bu investisiya şirkətin hazırkı 500 milyard dollar dəyərini 750 milyard dollar və ya daha yüksək səviyyəyə qaldıra bilər.
Danışıqlar hələ ilkin mərhələdədir və şərtlər dəyişə bilər. Prosesdə "Nvidia", "Amazon", "Microsoft", "SoftBank" və digər investorlar iştirak edir. "OpenAI" əvvəlki maliyyələşdirmə mərhələsində mart ayında 40 milyard dollar toplamışdı.
Şirkət hazırda zərər verir və süni intellektin inkişafı üçün böyük həcmdə hesablama resurslarına xərclər edir.
Türkan İsgəndərli
tag: OpenAI,İnvestisiya,Sərvət,Süni İntellekt,
