Mikayıl Cabbarov Emi Karlonla görüşdü

Mikayıl Cabbarov Emi Karlonla görüşdü
05.08.2025 15:33 İqtisadiyyat

Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq", - deyə o qeyd edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər