Mərkəzi Bank uçot dərəcəsini azalda bilər

Mərkəzi Bank uçot dərəcəsini azalda bilər
11.06.2025 11:35 İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib.

Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər. 

Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar bu il iyul ayının 23-də veriləcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər