Maye qazların istehsalı 6%-ə yaxın azaldı

Maye qazların istehsalı 6%-ə yaxın azaldı
17.05.2025 14:55 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 71,9 min ton maye qazlar istehsal edilib. 

Bu barədə TodayPress TV-yə TV Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 min ton və ya 5,6% azdır. 

Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 76,2 min ton maye qazlar istehsal edilib.  

Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,6 min ton təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər